шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Ağcabədi Filialında 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi

Noyabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra filialın direktoru, dosent Mətanət Fərzəliyeva mühüm dövlət atributlarından biri kimi üçrəngli bayrağı dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi kimi mənalandıran ulu öndər Heydər Əliyevin sözlərini səsləndirdi. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına! Yaşasın Azərbaycan!” – deyimi ilə tədbiri açıq elan etdi.

Filialın İctimai, təbiət fənləri və onların tədrisi metodikası kafedrasının baş müəllimi Anar Kərimli “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda məruzə etdi. Bildirdi ki, bayraq hər bir xalqın varlığı, onun dövlətçiliyinin təsdiqidir. O, diqqəti Azərbaycan bayrağının yaranma tarixinə çəkdi və üçrəngli Azərbaycan bayrağının ilkin təsisçiləri haqqında məlumat verdi.  Cümhuriyyətin süqutundan sonra uzun illər boyu səmada görünməyən müqəddəs bayrağımızı bizə yenidən bəxş edən ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışdı.

Sonra məruzə ətrafında çıxışlar dinlənildi. Dosent Mahir Səlimov, dosent Məhəmməd Hüseynov, Riyaziyyat, informatika və onların tədrisi metodikası kafedrasının müdiri, dosent Sahib Zeynalov, Xüsusi və ümumelmi fənlər kafedrasının müdiri, dosent əvəzi Tahir Kərimli, Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev, İctimai, təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, dosent Baxış Ələsgərov, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri, baş müəllim Araz Əliyev çıxış edərək xalqımız üçün əlamətdar olan 9 Noyabr-Dövlət Bayrağı Gününün ölkəmizdə təntənə ilə qeyd olunmasından məmnunluqlarını bildirdilər və tədbir iştirakçılarının simasında bütün Azərbaycan xalqının bayramını təbrik etdilər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi