шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Ağcabədi Filialında Vaqif Allahverdiyevin 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Noyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında  filialın Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, dosent Vaqif Allahverdiyevin 60 illik yubileyinə həsr edilmiş  tədbir keçirilib. Tədbirdə filialın professor-müəllim heyəti, tələbələri və rayon ictimaiyyətinin nüfuzlu nümayəndələri iştirak ediblər.

[gallery ID=30]

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva Vaqif Allahverdiyevin mənalı ömür yolundan, ilk tələbəlik illərindən, elmi fəaliyyətindən və bir həmkar kimi yüksək mənəvi keyfiyyətlərindən danışıb.

Sonra dosent Vaqif Allahverdiyevin həyatı və elmi-pedaqoji fəaliyyəti barədə məruzə etmək üçün söz filialın Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi Sevinc Məhərrəmovaya verilib.

Sevinc Məhərrəmova Vaqif Allahverdiyevin ibtidai təhsildən elmin zirvələrinə doğru aparan ömür yolunun ayrıntılarını və onu alimlik dərəcəsinə çatdıran, əsl müəllim kimi yetişdirən elmi-pedaqoji mühitin özünəməxsus əhəmiyyətindən danışıb. Məruzəçi Vaqif Allahverdiyevin ədəbiyyatımızın müxtəlif məsələlərinə həsr olunmuş elmi araşdırmalarını ədəbiyyatşünaslıq elmimizin mühüm nailiyyəti kimi qiymətləndirib. Müasir Azərbaycan ədəbiyyatının inkişaf problemlərini araşdıran alimin qənaətləri məruzədə geniş şəkildə təhlil obyektinə çevrilib.

Sonra çıxış üçün söz respublikamızın Əməkdar jurnalisti, Prezident təqaüdçüsü və yazıçı-publisist Ziyəddin Sultanova verilib. Ziyəddin Sultanov dosent Vaqif Allahverdiyev haqqında həm görkəmli ədəbiyyatşünas-alim, həm müəllim, həm də əsl dost kimi bəhs edib. Vaqif Allahverdiyevin elmi-pedaqoji və ictimai fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışan yazıçı-publisist, onu yetişdirən ədəbi mühitin təbii rolunu da qeyd edib.

Filialın dosenti Məhəmməd Hüseynov, fizika üzrə fəlsəfə doktoru Mahir Səlimov, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, Ağcabədi rayonunun ağzaqqal ziyalısı Süleyman Qasımov, şair Gileyli Bəylər, Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm Mirələmov, Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Təyyar Hacıyev, Ağcabədi rayon ziyalısı Tofiq Zeynalov və “Aran” qəzetinin redaktoru Şirxan Hüseynovun çıxışları Vaqif müəllimin əsl müəllim olması,  xalqına, Vətəninə sədaqətli, el-obasına bağlı, təəssübkeş insan-vətəndaş olması faktını bir daha təsdiqləyib.

Vaqif Allahverdiyevin şeirləri səsləndirilib. Qarabağ Muğam Mərkəzinin musiqi kollektivinin və muğam ifaçılarının çıxışları yubiley tədbirinə rəng qatıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi