шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Quba Filialının bir qrup əməkdaşı “Yeni Azərbaycan Partiyası-26 il” adlı tədbirdə iştirak edib

Noyabrın 20-də Quba Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının direktoru, professor Əli Allahverdiyev, filialın tərbiyə işləri üzrə dierktor müavini, YAP-ın Quba rayon təşkilatının Qadınlar Şurasının sədri Aysel Şeydayeva, dekanlığın əməkdaşları Nəhayət Şirinova, Zeynəb Ağayeva, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkanə Abışova, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Həcər Seyidəhmədova da iştirak ediblər.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ziyəddin Əliyev, YAP-ın Quba rayon təşkilatının sədri Yusif Abidov, YAP-ın Quba rayon təşkilatının Qadınlar Şurasının sədri Aysel Şeydayeva, ADPU-nun Quba Filialının əməkdaşı Zeynəb Ağayeva və digərləri çıxış edərək bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edib, YAP-ın fəaliyyətindən ətraflı danışıblar.  

Tədbirin sonunda bir qrup YAP fəalı təltif edilib. Filialın direktoru, professor Əli Allahverdiyev YAP-ın yaradılmasının 26 illik yubileyi, partiya işinin gənclər arasında gücləndirilməsi istiqamətindəki xidmətlərinə görə YAP-ın Quba rayon təşkilatının sədri Yusif Abidov tərəfindən Fəxri Fərmana layiq görülüb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi