шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Quba Filialında “Öz şöləni kəşf et!” adlı tədbir keçirilib

Noyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında “Öz şöləni kəşf et!” adlı növbəti tədbir keçirilib. Tədbirdə filialın “Təhsildə sosial-psixoloji xidmət ixtisasının” IV tədris ili tələbəsi, istedadlı şair, gənc  saz ifaçısı Amil Bəxtiyarın yaradıcılığı müzakirə olunub.

[gallery ID=91]

Amil Bəxtiyarın heca və əruz vəznində yazdığı Vətən məhəbbətini, sevgini, azadlığı tərənnüm edən şeirləri tələbələr tərəfindən səsləndirilib. Tələbələr Qeyrət Əmirov, Şəmsiyə Rüstəmova, Aytən Məmmədova və digərlərinin  səsləndirdikləri  “İnşAllah azad olar əsir Qarabağımız”,  “Gözlərin nə yaman qəribə baxır”, “Gülüm sənə əlvida”, “Gəzər” və bu kimi digər şeir və qəzəlləri tədbir iştirakçıları tərəfindən  maraqla qarşılanıb.

Tədbirdə Amil Bəxtiyar qədim Azərbaycan musiqi aləti olan sazda müxtəlif musiqilər də ifa edib.

Tədbirdə çıxış edən filialın Tədris və elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva,  dekan müavini Nübar Bayramova, Ədəbiyyat və dillər kafedrasının müəllimi Günəş Xudayarova, Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi Mürvət Əliyev gənc yazarı təbrik edib, ona uğurlar arzulayıblar.

Sonda Amil Bəxtiyara filialın direktoru, professor Əli Allahverdiyev tərəfindən Fəxri Fərman təqdim olunub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi