шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun nümayəndələri PETRA layihəsi çərçivəsində keçirilən növbəti görüşdə iştirak ediblər

5-7 noyabr tarixlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tərəfdaş olduğu “Azərbaycan universitetlərində öyrənmə və öyrətmənin təkmilləşdirilməsi ” PETRA layihəsi çərçivəsində növbəti görüş Xəzər Universitetində keçirilib. Yerli və avropalı tərəfdaşların iştirakı ilə 3 gün davam edən görüşdə layihə çərçivəsində ali təhsil müəssisələrində işçi paketləri üzrə görülən işlər, eyni zamanda  avstriyalı mütəxəssislərin rəhbərliyi ilə tədqiqat bacarıqlarının inkişafı barədə geniş fikir mübadiləsi aparılıb və hər bir tərəfdaş universitetin hazırladığı təqdimatlar müzakirə olunub. Görüşün üçüncü günü Finlandiyanın Yuvaskala Universitetinin nümayəndəsi tərəfindən universitetlərdə müəllim və tələbələr üçün elektron mühitin yaradılması məqsədilə tərəfdaş ali təhsil müəssisələrinin İKT nümayəndələrinə təlim keçirilib.

[gallery ID=52]

Təlimlər çərçivəsində paralel diskussiyalar aparılıb və işçi paketlərinin icrasının gedişi nəzərdən keçirilib.

3 gün davam edən görüşlərdə ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Davamlı təhsil və təlim şöbəsinin müdiri, dosent İsrayıl İsgəndərov, Tədqiqat və inkişaf şöbəsinin müdiri Şəhla Gülməmmədova, İnformasiya və kommunikasiya şöbəsinin Texniki xidmət bölməsinin müdiri Rüfət Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Günay Məhərrəmova iştirak ediblər. 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi