шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Şəki Filialının əməkdaşı elmi konfransda iştirak edib

Azərbaycan Dövlər Pedaqoji Universitetinin (ADPU) Şəki Filialının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Nuralı Çələbiyev noyabrın 23-də Azərbaycan Universitetində keçirilmiş “Gender problemi və müasir Azərbaycan” adlı II respublika elmi konfransında iştirak edib.

[gallery ID=84]

Yüksək səviyyədə təşkil olunmuş konfransda millət vəkilləri, respublikamızın tanınmış pedaqoq, psixoloq, ədəbiyyatşünas, genderşünas alimləri və gənc tədqiqatçılar iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva gender probleminin müasir qloballaşan dünyanın ən aktual problemlərindən biri olduğunu vurğulayib, son onilliklərdə bu sahədə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən və əldə edilmiş uğurlardan bəhs edib.

Plenar iclasda Milli Məclisin deputatı Qənirə Paşayeva, BDU-nun kafedra müdirləri, professorlar Rəbiyyət Aslanova, Rəna İbrahimbəyova və başqaları çıxış  ediblər. 2 bölmə üzrə keçirilən iclaslarda 40-dan çox məruzə dinlənilib və müzakirə edilib.

ADPU-nun Şəki Filialının dosenti Nuralı Çələbiyev “Gender  konsepsiyasının psixoloji aspektləri” mövzusunda təqdimatla bölmə iclasında çıxış edərək sertifikatla təltif edilib. Konfrans elmi diskussiyalar şəraitində keçib və iştirakçılarda dərin maraq oyadıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi