шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Şəki Filialının Elmi Şurasının növbəti iclası

Noyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialının Elmi Şurasının geniş tərkibdə növbəti iclası keçirilib. İş planına uyğun olaraq Şura iclasında aşağıdakı məsələlərin müzakirəsi keçirilib:

  1. 2018-ci təqvim ilində filialın kafedraları üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi vəziyyəti və qarşıda duran vəzifələr haqqında.
  2. Filialın kafedraları üzrə elmi seminarların planlaşdırılması və keçirilməsi vəziyyəti haqqında.
  3. Filialın Təbiət fənləri və onların tədrisi metodikası kafedrasında tədris prosesinə və elmi-tədqiqat işlərinə rəhbərliyin təşkili vəziyyəti haqqında.
  4. Tələbə və tədrisin idarə olunması şöbəsinin fəaliyyəti haqqında.

Elmi Şuranın iclasını giriş sözü ilə açan filialın direktoru, riyaziyyat elmləri doktoru, dosent Rafiq Rasulov ölkədə həyata keçirilən davamlı təhsil islahatları, ölkə Prezidenti cənab İlham Əliyevin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması haqqında” Sərəncamı, həmin Sərəncamın icrası ilə bağlı təsdiq edilmiş “Dövlət Proqramı” haqqında məlumat verib. Elmi Şuranın sədri R.Rasulov qeyd edib ki, proqramın əsas hədəfi ən qabaqcıl elmi naliyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin   beynəlxalq  ikili diplom  proqramları ilə müasirləşdirilməsidir.

[gallery ID=93]

Gündəlikdəki I məsələ ilə əlaqədar filialın Elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev hesabat məruzəsi ilə çıxış edib. O, 2018-ci ildə filialın kafedraları üzrə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, 2018-ci ildə filialın 98 nəfər professor-müəllim heyətindən 65 nəfəri elmi-tədqiqat fəaliyyətinə cəlb olunub. Əməkdaşlar tərəfindən il ərzində 1 dərs vəsaiti, 1 metodik vəsait, 3 monoqrafiya, 65 elmi məqalə ( onlardan 6-sı xaricdə dərc olunub),45 beynəlxalq və respublika konfrans tezisi, 5 fənn proqramı hazırlanaraq nəşr etdirilb.

Gündəlikdəki II məsələ haqqında məlumat verən dosent N.Çələbiyev bildirib ki, son 3 ildə filialda elmi-innovativ seminarların keçirilməsinə diqqət artırılıb. Kafedraların  iş planlarına uyğun olaraq, hər kafedra üzrə tədris ili ərzində 10 elmi seminarın keçirilməsi, ayrı-ayrı kafedralar üzrə 10-16 mövzuda təqdimatların müzakirəsi nəzərdə tutulub. İndiyədək hər kafedra üzrə 2-3 elmi seminar keçirilib.

Gündəlikdəki III məsələ haqqında məlumatla çıxış edən Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, professor Firədun İbrahimov rəhbərlik etdiyi kafedrada cari tədris ilində tədris və elmi istiqamətlərdə planlaşdırmanın təşkili, həyata keçirilən tədbirlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr  haqqında ətraflı məlumat verib.

Sonuncu məsələ ilə əlaqədar Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri, baş müəllim Yeganə Rəhimova  hesabatla çıxış edib.

Elmi Şura gündəlikdəki cari məsələləri də müzakirə etdikdən sonra müvafiq qərarlar qəbul edib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi