шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Şəki Filialının Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının növbəti iclası keçirilib

Noyabrın 1-də professor F.İbrahimovun sədrliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialının Təbiət fənləri  və onların tədrisi metodikası kafedrasının növbəti iclası keçirilib. İclasda aşağıdakı məsələlər müzakirə edilib:

1. ADPU-nun “Reytinq qiymətləndirilməsi haqqında” müvəqqəti qaydaların hər bir əməkdaşın əməli fəaliyyətinə təsir imkanları və həmin sənəd əsasında fəaliyyət göstəricilərinin qeydə alınması barədə;

2. Kafedra əməkdaşlarının elmi-tədqiqat fəaliyyətinin birinci mərhələsinin yekunları haqqında;

3. 2018-2019-cu tədris ili üçün tələbələrin tədqiqat fəaliyyətlərinə cəlbolunma vəziyyəti barədə;

4. “Avropa ölkələri coğrafiyası (seçmə fənn)” fənni üzrə tədris proqramı layihəsinin müzakirəsi.

İclasın müzakirəsinə verilmiş məsələlər ətrafında diskussiyalar aparılıb və müvafiq qərarlar qəbul olunub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi