шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Şəki Filialının Ümumelmi fənlər kafedrasının növbəti elmi seminarı

Noyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialının Ümumelmi fənlər kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti, psixologiya üzrə fəlsəfə doktoru, ADPU-nun elmlər doktoru proqramı üzrə dissertantı Nuralı Çələbiyevin interaktiv təqdimatında “Müasir psixologiyada intellekt və qabiliyyətlər haqqında nəzəriyyələri” mövzusunda mühazirəsi dinlənilib və müzakirə olunub.

Tədqiqatçı qeyd edib ki, istedad və qabiliyyət problemi müasir dövrdə həm psixologiya elminin, həm də formalaşmış gerçək pedaqoji praktikanın, bütövlükdə milli təhsil sisteminin diqqətini cəlb edən öncül problemlərindən biridir. 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 19 maddəsində, habelə, təhsillə bağlı bir sıra dövlət proqramlarında, 2013-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, həmin strategiyanın həyata keçirilməsi ilə əlaqədar “Fəaliyyət Planı”nda uşaq və yeniyetmələrin davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək verilməsi, istedadlı uşaqlar üçün xüsusi inkişaf  proqramlarının hazırlanması strateji hədəflərdən biri kimi nəzərdə tutulub. Dövlətimizin bu məsələyə xüsusi önəm verir.

Mühazirədə qeyd olunub ki, yaradıcı fəaliyyətin əsas komponenti olan intellekt və qabiliyyətlərin formalaşması dialektik prosesdir. Onun təbii imkanlara əsaslanan ilk mərhələsi məktəbəqədər və kiçik məktəb yaşları dövründə qoyulur. Çünki həmin yaş dövrləri bir çox qabiliyyətlərin təşəkkül tapması üçün senzitiv dövrdür.

Təqdimatda “intellekt” və “qabiliyyət” anlayışları çoxsaylı tədqiqatçıların yanaşma mövqeyi əsasında interpreratasiya olunub, onların geniş təsnifatları verilib, intellekt və qabiliyyətlərin strukturu, əqli əməliyyatların formalaşması mərhələləri, intellektual çatızmazlıq, istedad və dahilik problemi öz əksini tapıb, intellekt və qabiliyyətlərin formalaşmasına təsir göstərən amillər təhlil olunub.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi