шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Şəki Filialında dəyirmi masa

Noyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialının kitabxanasının, Tələbə Gənclər Təşkilatının və Debat klubunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada  Fyodor Dostoyevskinin “Cinayət və cəza” əsəri müzakirə edilib.

[gallery ID=75]

Tədbirdə filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva, Pedaqoji fakültənin dekanı, baş müəllim Xalidə Abdullayeva, dekan müavini, baş müəllim Mətanət Kərimova, Ümumelmi fənlər kafedrasının müdiri, dosent Sədrəddin Bədiyev, kitabxanın müdiri Gülnaz İsmayılova ekspert kimi iştirak  ediblər.

Filialın Humanitar fənlər kafedrasının baş müəllimləri İlahə Süleymanova, Pakizə Zakirova, Ümumelmi fənlər kafedrasının baş müəllimi Mətanət Mustafayeva,  “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarında təhsil alan tələbələrin iştirakı ilə mövzunun araşdırılması, Raskolnikov obrazı və  digər obrazlara münasibət geniş müzakirə olunub.

Tədbirin sonunda filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva çıxış edərək, söylənilən fikirlərə və əsərə öz münasibətini bildirərək, tədbirin təşkilatçılarına təşəkkür edib və belə müzakirələrin davamlı olaraq təşkil edilməsini tövsiyə edib.

 İctimaiyyətlə əlaqələr və marketin şöbəsi