шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun Şamaxı Filialında 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında  Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi. 

Sonra bu əlamətdar günə həsr olunmuş videoçarx nümayiş olundu.  

Filialın direktoru, dosent Tünzalə Yusifova ilk olaraq tədbir iştirakçılarını Azərbaycan Dövlət Bayrağının 100 illiyi münasibətilə təbrik etdi. O,  qeyd etdi ki, hər bir xalqın varlığını və mövcudluğunu sübut edən qürur, güvənc yeri, müstəqilliyini təcəssüm etdirən bayraq rəsmi dövlət rəmzi olmaqla yanaşı, milli kimliyimizi tərənnüm edir. Üçrəngli Azərbaycan bayrağı keşməkeşli bir tarixi dövrdən keçərək bu günümüzə gəlib çıxmışdır. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, Azərbaycanın dövlət müstəqilliyini təmsil edən Azərbaycan bayrağına qarşı hər kəsdə müqəddəs daxili hissiyat olmalıdır.

2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncam bayrağa olan hörmətin bariz nümunəsidir.

Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Sabir İbrahimov çıxışında üçrəngli bayrağımızın Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmasından ötən 100 il ərzində  bayrağımızın qorunması və daima Vətən səmalarında dalğalanması üçün xalqın apardığı mübarizədən danışdı.

Təbiət və pedaqoji elmlər kafedrasının müəllimi Səməngül Abdullayeva ölkə Prezident İlham Əliyevin “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır” fikrini xatırladaraq üçrəngli bayrağımızın bütün işğal olunmuş ərazilərdə də ucalması arzusunu dilə gətirdi.

Tədbirdə tələbələr adından çıxış edən Nəsibli Güldəstə şəhid qanı bahasına dalğalanan bayrağımızı qorumaq missiyasının məhz gənclərin üzərinə düşdüyünü qeyd etdi.

Sonra “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının tələbəsi Günay Məmişova özünün müəllifi olduğu “Üçrəngli bayrağım” şeirini, “İbtidai sinif müəllimliyi” ixtisasının tələbələri Nicat Məmmədov və Aytən Əhmədova isə “Azərbaycan bayrağı” şeir kompozisiyasını səsləndirdilər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi