шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun tələbələri Göyçayda keçirilən ənənəvi Nar festivalında iştirak ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitetin tələbələri noyabrın 4-də Göyçay rayonunda təşkil edilmiş ənənəvi Nar festivalında iştirak ediblər. Festivalda  60-dan çox tələbə iştirak edib. Festivalda nardan hazırlanmış müxtəlif şirələr, maraqlı və ləzzətli şirniyyat növləri,  həmçinin müxtəlif şoular, əyləncəli tamaşalar nümayiş etdirilib. Tədbir zamanı Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə tələbələrimizlə birgə festivalı gəzib və onlara hədiyyələr bağışlayıb. Festival tələbə-gənclərimizdə xoş təəssürat yaradıb.

[gallery ID=47]

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi