шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının növbəti elmi seminarı

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Univertitetinin (ADPU) Filologiya fakültəsinin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının növbəti elmi seminarı keçirilib.

Seminarı Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının  müdiri, professor Zahid Xəlilov açaraq qeyd edib ki, elmi seminarda müzakirə olunacaq yeni tipli dərsliklər və ədəbiyyat tədrisi qarşısında duran vəzifələr problemi  təhsil sistemimiz üçün çox aktualdır. Kurikulum üzrə ədəbiyyat dərsliklərinin hazırlanması sahəsində kafedranın zəngin təcrübəsi var. Həmin dərsliklərdə təlimə yeni yanaşma, müasir təlim texnologiyalarına üstünlük verilməsi kimi müsbət cəhətlər diqqəti cəlb edir. Bu dərsliklərin nəşri ilə əlaqədar ədəbiyyatın tədrisi metodikası qarşısında yeni vəzifələr durur.

Professor Zahid  Xəlilov “Yeni tipli dərsliklər və ədəbiyyatın tədrisi qarşısında duran vəzifələr” mövzusunda məruzə üçün sözü dosent Bilal Həsənliyə verib.

Dosent Bilal Həsənli məruzəsində yeni tipli dərsliklərin hazırlanmasının zəruriliyindən, kafedra əməkdaşları tərəfindən yazılmış və Təhsil Nazirliyinin keçirdiyi tenderin qalibi olmuş dərsliklərin məziyyətlərindən söz açıb. Məruzəçi qeyd edib ki, ümumtəhsil məktəblərinin V, VII, VIII, IX, X, XI sinifləri üçün “Ədəbiyyat” dərsliklərinin nəşr olunması kafedramızın böyük nailiyyətidir. Bu dərsliklər interaktiv, inteqrativ təlim üçün böyük imkanlar açır. Dərsliklər müəllim və şagirdləri yaradıcı fəaliyyətə, əməkdaşlıq texnologiyasına geniş yer verməyə istiqamətləndirir.

Kafedranın əməkdaşları – dosent Fəxrəddin Yusifov, dosent Tənzilə Əliyeva, dosent Füzuli Əsgərli, dosent Cəmilə Məhərrəmova məruzə haqqında öz fikirlərini bölüşüblər. Məruzəçi verilən sualları cavablandırdıqdan sonra kafedra müdiri, professor Zahid Xəlilov məruzəni və aparılan diskussiyanı yüksək qiymətləndirib, ədəbiyyatın tədrisi metodikası qarşısında duran vəzifələrin icrasında kafedra əməkdaşlarına uğurlar arzulayıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi