шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsində “Elektrostatika üzrə maraqlı nümayiş təcrübələri” mövzusunda seminar

Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsinin Fizikanın tədrisi metodikası kafedrasının professoru Şükür Əlizadənin "Elektrostatika üzrə maraqlı nümayiş təcrübələri" mövzusunda seminarı uğurla keçib. Seminarda Ümumi fizika və Fizikanın tədrisi metodikası kafedralarının müəllimləri iştirak ediblər.

Professor Şükür Əlizadə öz təqdimatında elektrostatika bölməsinə aid təcrübələrdə yeni yanaşmanın labüdlüyünü söyləyib və bir sıra maraqlı yeni yanaşmalara əsaslanan məktəb təcrübələri nümayiş etdirib.

Fakültənin dekanı, dosent Arzu Daşdəmirov təqdimatçının çıxışını dəyərli hesab edərək bu tip təcrübələrin fizika dərslərinin fəal, maraqlı və interaktiv keçməsinə əvəzsiz xidmət edəcəyini söyləyib.

Seminarda iştirak edən professor Edil Eyvazov fizika müəllimi olacaq tələbələrin akademik biliklərə yiyələnmələri ilə yanaşı,  onların elektrostatikaya aid məktəb təcrübələrini yaxından dərk etmələrinin vacibliyini vurğulayıb.

Seminarda digər iştirakçılar da öz dəyərli və maraqlı fikirlərini bölüşüblər.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi