шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib

Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib. İclasın gündəliyinə “Fizika və texnologiya fakültəsində tədrisin keyfiyyəti sahəsində görülən işlər və vəzifələr haqqında”, “ADPU-nun Elmi Şurasının son iclasının qərarlarının icrası haqqında” və cari məsələlər daxil edilib.

[gallery ID=28]

“Fizika və texnologiya fakültəsində tədrisin keyfiyyəti sahəsində görülən işlər və vəzifələr haqqında” fakültənin dekanı, Elmi Şuranın sədri, dosent Arzu Daşdəmirov  geniş və ətraflı məlumat verib. Elmi Şuranın sədri təhsildə keyfiyyət, təhsildə keyfiyyət üçün beynəlxalq və milli tələblər, ali təhsildə keyfiyyət göstəriciləri, fakültədə keyfiyyət üçün görülmüş işlər, fakültənin keyfiyyət üzrə vəzifələri və göstəriciləri, reytinq qiymətləndirməsi (universitet, milli və beynəlxalq) haqqında hazırladığı slaydlarla Elmi Şura üzvlərini məlumatlandırıb. Dosent A.Daşdəmirov qeyd edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasında təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşmasında müəllim amilinin həlledici əhəmiyyətini nəzərə almaqla müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm verilir. Bütün ümumi təhsil müəllimləri üçün fəa/interaktiv təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırma təmin ediləcək, hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistem yaradılacaq. Bu istiqamətdə biz də səylərimizi artırmalı, müvafiq kadrların pedaqoji prosesə cəlb edilməsinə çalışmalıyıq. Bununla yanaşı, həm də  son 5 ilin qəbul göstəriciləri, son 5 ilin məzunlarının işə qəbul göstəriciləri,son 5 ildə beynəlxalq instinad jurnallarında çap sayı, son 5 ildə qazanılmış layihələrinin sayını təhlil etməli və müvafiq tədbirlər görməliyik.

Sonra professor Edil Eyvazov, professor Vaqif Nəsirov, professor Şükür Əlizadə, dosent Aydın Ələkbərov, baş müəllim Hüseyn Aslanov çıxış edərək fakültədə tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlərin qənaətbəxş olduğunu qeyd edərək bu sahədə bir sıra təkliflər irəli sürüblər.   

Gündəlikdə dayanan 2-ci məsələ ilə bağlı dosent A.Daşdəmirov çıxış edərək ADPU-nun Elmi Şurasının son iclasında qəbul edilmiş qərarlar haqqında geniş və ətraflı məlumat verib.  

Cari məsələlərdə bəzi fənlər üzrə hazırlanmış proqramlar təsdiq edilib, 2018-2019-cu illər üçün magistr mövzuları və elmi rəhbərlərin  təsdiq edilməsi haqqında qərar qəbul edilib.

 

 

  İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi