шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İbtidai təhsil fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib

Noyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  İbtidai təhsil fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib. Fakültənin dekanı, Elmi Şuranın sədri, pedaqogika üzrə elmlər doktoru, professor  Fərrux Rüstəmov iclası giriş sözü ilə açaraq  son illər rektor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə  universitetdə  infrastruktur, təhsilin məzmunu və müəllimlərin peşəkarlığının artırılması sahəsində görülən  məqsədyönlü işlərdən danışıb. Universitetin professor-müəllim heyətinin əməyinin stimullaşdırılması, peşəkarlığının artırılması məqsədilə  onların  illik fəaliyyətinin  dəyərləndirilməsinə  toxunub,  yeni qiymətləndirmə  formasının təlim keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayaçağını bildirib.

[gallery ID=72]

Fakültənin Elmi Şurasının iclasında Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov iştirak edib.    O,  ADPU-da  professor-müəllim heyətinin, kafedraların və  fakültələrin illik fəaliyyətinin Reytinq qiymətləndirilməsi ilə bağlı geniş məlumat verib və fakültə əməkdaşlarının suallarını cavablandırıb. 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi