шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasında elmi seminar

İbtidai təhsil fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasında 2018-2019-cu tədris ilinin ilk elmi seminarı keçirilib. Elmi seminarı giriş sözü ilə  Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasının müdiri, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Gülşən Novruzova açıb.

[gallery ID=39]

Elmi seminarda dosent Şahrıza Ağayev “Texnologiya fənninin tədrisində məzmun xəttlərinin standartlarının inteqrasiyası” mö

vzusunda və  pedaqogika üzrə fəlsəfə doktoru Aişə Məmmədova Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərində tərbiyə məsələləri” mövzusunda çıxış ediblər. Dosent Ş.Ağayev tərəfindən mövzu ilə əlaqədar elmi-metodik səviyyədə araşdırma aparılıb, məzmun xəttlərinə aid olan əsas standartların alt standartının tədris olunan mövzuda nə dərəcədə təsbit olunması təhlil edilib, onların inteqrasiya səviyyəsi müəyyənləşdirilib. Tövsiyə olunub ki, bu məsələ həmişə diqqətdə saxlanılmalı, zəruri bilik və bacarıqlar standartlara istinad edilməklə mənimsədilməlidir.

Pedaqogika üzrə fəlsəfə doktoru A.Məmmədova məruzəsində orta əsrlərdə yaradılan bədii əsərlərin bu gün də aktuallığını saxladığından, bu dövrdə Türk dövlətçilik fikrinin əks olunduğu mənbələrindən biri olan  Nəsirəddin Tusinin (1201 -1274) “Əxlaqi-Nasiri” əsərindən danışıb. Əsərdə insanlarda olan mənfi və müsbət cəhətlərin fəzilət və rəzilət olaraq iki qrupa ayrıldığı göstərilir. Əsərdə əxlaq haqqında biliklərin lap erkən yaşlarda formalaşması məsləhət bilinir. Nəsirəddin Tusi göstərir ki, əgər hansısa mənfi xüsusiyyət özünü irsən göstərirsə, onu aradan qaldırmaq çox çətindir. Alimin əsərində gənclərin ailə həyatına hazırlanması və onların düzgün tərbiyəsi ilə bağlı kifayət qədər zəngin və maraqlı məlumatlar var.

Sonda məruzəçilər tərəfindən suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi