шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Kimya və biologiya fakültəsində “Həkim saatı”

Noyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə növbəti “Həkim saatı” keçirilib.Tədbirdə fakültənin dekanı, dosent Elnarə Mehbalıyeva, dekan müavini, biologiya üzrə fəlsəfə doktoru Elnarə Muradova, həkim-ginekoloq Gülşən Rüstəmova, müəllim Zəminə Məlikova, fakültənin müəllim və tələbələri iştirak ediblər.

[gallery ID=78]

“Həkim saatı”nda qoyulan “Qohum evlilikləri. Qohum evliliklərdən yaranan genetik xəstəliklər. Talassemiya, hemofiliya, anemiya” mövzusu ətrafında geniş diskussiya aparılıb. G. Rüstəmova bu barədə geniş məlumat verib və tələbələrin suallarını cavablandırıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi