шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Kimya və biologiya fakültəsində tələbələrin elmi fəaliyyətə cəlb edilmələrinə xüsusi diqqət yetirilir

Kimya və biologiya fakültəsində tələbələrin Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə elmi-tədqiqat işlərinə cəlb edilmələri istiqamətində fəaliyyət təsdiq edilmiş iş planına uyğun şəkildə həyata keçirilir. Belə ki, TEC-in Əsasnaməsi və  görüləcək işlər haqqında kafedralarda müzakirələr aparılıb. Bununla yanaşı, tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilmələrini stimullaşdırmaq istiqamətində fəaliyyət göstərilir. Tələbələrə elmi-tədqiqat işi aparmağın faydaları, bu yolla tədqiqatçılıq bacarıqlarının inkişafı, həmçinin bu fəaliyyətin gələcək peşə karyerasına təsirləri haqqında məlumatlar verilib. Eyni zamanda Yeni bioloji aktiv birləşmələr elmi-tədqiqat laboratoriyasında tələbələrin qazandırları uğurları əks etdirən stend yaradılıb. Stenddə tələbələrin respublikada və xaricdə təşkil edilən konfranslardakı uğurlarını təsdiqləyən sertifikatların göz önündə olması da real fakt kimi öz təsirini göstərir. Stenddə tələbələrin sertifikatları ilə yanaşı, müəllimlərin də nəticələrini əks etdirən sertifikatların olması tələbələrdə bugünkü fəaliyyətlərinin hansı uğurlara yol aça bilməsi haqqında real təsəvvür yaradır.

Qeyd etmək lazımdır ki, TEC-in fəaliyyəti fakültə rəhbərliyi tərəfindən dəstəklənir. Kafedralarda TEC-in dərnəkləri fəaliyyət göstərir. Dosent Laləndə Ağayeva, kimya üzrə fəlsəfə doktoru, baş müəllim İsa Cəfərov, kimya üzrə fəlsəfə doktoru, baş müəllim Gülnarə İsmayılova, pedaqogika üzrə fəlsəfə doktoru, müəllim Pərvin Qafarova dərnək rəhbərləri kimi kafedralarda TEC-in fəaliyyətini təşkil edirlər. 

Hazırda Kimya və biologiya fakültəsinin professor-müəllim heyəti tərəfindən ümumilikdə 93nəfər tələbənin TEC-in xətti ilə elmi-tədqiqat işlərinə cəlb edilmələri haqqında sənədlər təqdim edilib. Məlumatlar fakültə üzrə dosent Alı Namazovun daha çox tələbəyə elmi rəhbərlik etdiyini göstərir. Bununla yanaşı, 56 nəfər tələbə olimpiadaya hazırlıq məqsədilə təşkil edilən kurslarda biliklərini möhkəmləndirməyə çalışırlar.

Tələbələrə və onların rəhbərlərinə uğurlar arzulayıram.

Rəhimə Məmmədova,

 Kimya və biologiya fakültəsi üzrə TEC-in sədri, dosent