шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində “Həyat özünü tapmaq axtarışıdır” mövzusunda elmi seminar

Noyabrın 26-da  Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində  elmi seminar keçirilib. Seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan tələbələr  Nicat Şixəlizadə və Rəhim Rəhimli “Həyat özünü tapmaq axtarışıdır” mövzusunda məruzə ilə  çıxış ediblər.

[gallery ID=87]

Giriş sözü ilə  fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva çıxış edərək qeyd edib ki, Ümumi psixologiya kafedrasının  təşəbbüsü ilə yaradılmış Psixologiya klubu üzvlərinin bu gün debüt seminarıdır. Ş.Əliyeva Psixologiya  klubuna uğurlar arzulayıb.

Ümumi psixologiya kafedrasının müdiri , professor Ramiz Əliyev seminar iştirakçılarını salamlayıb və klub üzvlərinə  fəaliyyətlərində uğurlar arzulayıb.

Tələbələr böyük həvəslə seminar mövzusunu təqdim ediblər. Tələbə və müəllimlər tərəfindən məruzəçilərə suallar ünvanlanıb. Maraqlı çıxışlar və  müzakirələr olub.

Sonda fakültənin dekanı Ş.Əliyeva  məruzəçilərə maraqlı çıxışlarına görə    öz təşəkkürünü bildirərək  bundan sonra da atdıqları  hər bir yeni, maraqlı addımlarda onlara dəstək olacaqlarını bildirib və kafedranın professoru  Elmar Hüseynovun  bu işdə  əməyi olduğu qeyd edib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi