шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin əməkdaşları seminarda iştirak ediblər

Noyabrın 20-də Park Inn otelində Avropa İttifaqının “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsinin təşkil etdiyi “Kurikulum, öyrənmə və öyrətmə materiallarının hazırlanması üzrə” təlim keçirilib.  Təlimdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva,  Korreksiyaedici təlim kafedrasının müdiri,  dosent Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müəllimi Xalidə Həmidova iştirak ediblər.

Təlimi MKÇ üzrə beynəlxalq ekspert Cenevyev Makkeyb və Aynur Kərimova aparıblar.  Təlim çərçivəsində peşə standartlarından kvalifikasiya standartlarının hazırlanması yollarına aydınlıq gətirilib. MKÇ-nin diskriptorlarının kvalifikasiya standartlarının hazırlanması prosesində istifadəsi haqqında danışılıb, öyrətmə və öyrənmə tövsiyələrinə əsaslanan nümunələr verilib.

Təhsil Nazirliyinin nümayəndəsi  İlkin  Nəzərov məlumat verib ki, bu standartların işlənməsi təhsil və əmək bazarı arasındakı uyğunluğun yaranmasına böyük köməklik göstərəcək. Hazırlanan kadrlar əmək bazarının tələblərinə uyğun gəlməlidirlər. Qoyulan meyarlar nəzərə alınaraq aşağıdakı komponentlər müəyyənləşir: İdarəetmə, məzmun, təhsil proqramları və kurikulumların hazırlanması, keyfiyyətdə təminat, ömürboyu təhsilin təminatı, kvalifiksiya istifadəçilərinin məlumatlandırılması.  

Daha sonra məlumat verilib ki, aşkarlıq və gözəgörünmə meyarları müəyyənləşməlidir. İşlənmiş kvalifikasiyalar milliləşəcək. Müxtəlif qrup və fərdi fəaliyyətlər təşkil edilib. Təlimin sonunda növbəti təlim planlaşdırılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi