шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsində görüş

Noyabın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsində “YARAT” Müasir İncəsənət Mərkəzinin təhsil proqramının rəhbəri Səyyarə Hüseynli və təhsil proqramı üzrə koordinatoru Ruqiyyə Salmanova ilə görüş keçirilib.

[gallery ID=31]

Gorüşü giriş sözü ilə fakültənin dekanı, dosent Laçın Həsənova açaraq fakültənin “YARAT” Müasir İncəsənət Mərkəzi ilə gələcək əməkdaşlığı barədə fikrlərini bölüşüb.

Sonra söz “YARAT” Müasir İncəsənət Mərkəzinin əməkdaşlarına verilib. Onlar Mərkəzdə tələbələrin potensiallarının inkişafı üçün yaradılmış şərait barədə məlumat veriblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi