шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsində “Azərbaycan qürur yerimiz: Biz onun əsgəri” mövzusunda dərs

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq kafedrasının təşkilatçılığı ilə I tədris ili tələbələri üçün  İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan qürur yerimiz: Biz onun əsgəri” mövzusunda dərs keçib.

[gallery ID=45]

         Dərs prosesində tələbələrin fəal iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımızın öz müstəqil dövlətinə sahib olmasının, müsəlman Şərqində ilk parlament respublikasının xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmasının əhəmiyyəti faktlarla izah olunub. Qeyd olunub ki, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir. Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifələri imkanlarının  son həddində çalışaraq şərəflə yerinə yetirib. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli  Sərəncamı ilə  2018-ci ilin  ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu gün Azərbaycanda gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzu müstəqilliyimizin bəhrəsidir. Azərbaycanın müstəqilliyi dönməz və əbədidir. Milli zəmində,ümumbəşəri dəyərlər əsasında vətənpərvər gənclərin formalaşdırılması təhsil sahəsində əsas istiqamətlərdir.

Sonda Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq kafedrasının müdiri Eldar Abdullayev dəsrdə fəal iştirak etdiklərinə görə tələbələrə  təşəkkür edib,  onların maraqlarını nəzərə alaraq müxtəlif görüşlərin keçirilməsinin zəruru olduğunu vurğulayıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi