шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsində elmi seminar

Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin Musiqi və onun tədrisi metodikası kafedrasının elmi seminarı keçirilib. Seminarda professor Minarə Dadaşova “Müasir Azərbaycan musiqisində polifonik yanaşma” və pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Nərmin Kamilova “Qacarlar və incəsənət” mövzusunda məruzələrlə çıxış ediblər.

[gallery ID=65]

Öncə fakültənin dekanı, dosent Laçın Həsənova seminar iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. Fakültənin tələbələri Nazim Mirzəyev, Elvin Rəsulov və Hüseyn Rəhimli birgə ərsəyə gətirdikləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş filmi təqdim ediblər. Film rəğbətlə qarşılanıb və tələbələrə gələcəkdə bu fəaliyyətlərini genişləndirmələri tövsiyə olunub.

Professor Minarə Dadaşova “Müasir Azərbaycan musiqisində polifonik yanaşma” mövzusunda çıxış edib. O, çıxışında bəstəkar Elnarə Dadaşovanın yeni bəstələdiyi fuqalar haqqında məlumat verərək həmin əsərdən müxtəlif nümunələri ifa edib.

Sonra kafedranın baş müəllimi Nərmin Kamilova müxtəlif videosüjetlər və slaydlarla Qacarlar və onların incəsənətdə rolundan bəhs edib. Seminarda F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Aydan Kamilova “Miniatürlər” və “Sarı gəlin” rəqslərini təqdim edib.

Seminarda Qacarlar nəslinin nümayəndəsi Kamilə xanım Qarabağlı çıxış edərək Fransa, Böyük Britaniya və Rusiya müzeylərində saxlanılan Qacarlar xanədanlığına aid olan incəsənət əsərləri barədə məlumat verib.

Sonda fakültənin dekanı, dosent Laçın Həsənova məruzəçilərə maraqlı çıxışlarına görə öz təşəkkürünü bildirib.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi