шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Pedaqoji Universitetin əməkdaşları Azərbaycan müəllimlərinin XV qurultayında iştirak ediblər

Azərbaycan müəllimlərinin XV qurultayı Bakı Konqres Mərkəzində keçirilib. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin XIV qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş Nazirin müavini Əli Əhmədov, Milli Məclis Sədrinin müavini Bahar Muradova, dövlət və hökumət nümayəndələri, deputatlar, elm xadimləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Hesabat məruzəsi ilə Təhsil naziri Ceyhun Bayramov çıxış edib. Sonra qurultay müxtəlif panellərdə öz işini davam edib.

I panel: "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu";

II panel: “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi”;

III panel: “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət”;

IV panel: “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması”;

V panel: “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği”;

VI panel: “Ali təhsil: mövcud vəziyyət, perspektivlər”;

VII panel: “Təhsildə innovasiyalar” mövzularında müzakirələr aparıldı.

Altıncı paneldə ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək pedaqoji kadr hazırlığında universitetin qazandığı təcrübədən və perspektivlərdən danışıb. Qurultayın işində Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Müseyib İlyasov, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva, professor Mübariz Əmirov, dosent Vaqif Qurbanov və başqaları iştirak ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi