шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Tarix və coğrafiya fakültəsində "İnnovativ layihələrdə CİS-in tətbiqi" mövzusunda seminar

Noyabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsində İqtisadi coğrafiya kafedrasının baş müəllimi Qabil Səmədovun təşkilatçılığı və fakültə rəhbərliyinin dəstəyi ilə müəllim və tələbələr üçün Coğrafi İnformasiya Sistemləri (CİS) üzrə beynəlxalq sertifikatlı mütəxəssis, “Caucasus GEO Survey” şirkətinin qurucusu və rəhbəri Rauf Əmənovun “İnnovativ layihələrdə CİS-in tətbiqi” mövzusunda seminarı keçirildi.

[gallery ID=54]

Seminarı giriş sözü ilə fakültənin dekan müavini, dosent Mətanət Əsgərova açaraq qonaq və iştirakçıları salamladı, tədbirin həyata keçirilməsinin əhəmiyyəti haqqında danışdı, Rauf müəllimə dəvəti qəbul edib fakültədə belə yenilikçi bir seminar keçdiyi üçün rəhbərlik, müəllim və tələbələr adından öz təşəkkürünü bildirdi. İqtisadi coğrafiya kafedrasının müdiri, dosent Oqtay Alxasov CİS üzrə beynəlxalq sertifikatlı mütəxəssis Rauf Əmənov haqqında iştirakçılara qısa məlumat verdi.

Daha sonra Rauf Əmənov CİS-in əhəmiyyəti, tətbiq sahələri haqqında ətraflı məlumat verdi, müasir dövrdə coğrafiya fakültələrində tələbələrə CİS biliklərinin aşılanmasının  zəruriliyini vurğuladı. O, müəllim və tələbələrə CİS texnologiyası əsasında görülən işlər, hazırlanan elektron xəritə və modellər, həmçinin 3D modellər – geoinformasiya bankları haqda praktiki nümunələr nümayiş etdirdi. Azərbaycanda indiyə qədər CİS texnologiyası ilə işlənən bir neçə strateji və irimiqyaslı layihələrin modelləri əsasında CİS-in əsas mahiyyəti – coğrafi proqnozlaşdırma işindən söz açdı.

Tədbirdə tələbələr və müəllimlərlə diskussiyalar aparıldı. Mütəxəssis vaxtilə ADPU-nun İqtisadi coğrafiya kafedrasının magistrantı olduğunu vurğulayaraq müəllimlərinə təşəkkürlərini bildirdi və  fakültənin coğrafiya ixtisasında təhsil alan tələbələrini CİS texnologiyaları ilə praktik işləmə bacarıqlarını artırmaq üçün rəhbərlik etdiyi “Caucasus GEO Survey” Şirkətində könüllü fəaliyyətə dəvət etdi. Müəllim və tələbələr bu təklifi məmnunluqla qarşıladılar, gələcəkdə mütəxəssisin fakültədə CİS proqramlarında işlə bağlı ustad dərsinin təşkil olunması qərara alındı.

Tədbirin  sonunda fakültənin dekanı, dosent Şahin Pənahov qonaqla görüşərək gələcəkdə də bu əməkdaşlığın davam etdirilməsinin tələbələr və müəllimlər üçün əhəmiyyətli olacağını bildirdi.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi