Oktyabrın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda hüquqi-maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev açaraq, görüşün əhəmiyyətindən danışıb, hərəkət iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün “Yol hərəkəti haqqında” qaydaları bilməyin və əməl etməyin zəruriliyini vurğulayıb.
Tədbirdə çıxış edən Şəki Şəhər (rayon) Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Təbligat-təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftəliyev yol hərəkətinin tənziminin hüquqi əsasları, piyadaların hüquq və vəzifələri, yol hərəkəti qaydalarının pozulmasına görə hüquqi məsuliyyət haqqında geniş məlumat verib.
Dialoq şəklində keçirilən görüşdə tələbələr yol polisi əməkdaşının onlara ünvanladığı sualları cavablandırıb, eyni zamanda maraqlandıqları suallarla polis əməkdaşına müraciət ediblər.
Görüş tələbələrin dərin marağına səbəb olub.
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi