шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun əməkdaşı Zülfiyyə Vəliyeva beynəlxalq təlimdə iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin problemləri elmi-tədqiat laboratoriyasının elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyeva oktyabrın 27-də Qlobal Karyera İnstitutunun və Azərbaycan Respublikasının Prezdenti yanında Bilik  Fondunun birgə təşkilatçılıği ilə “Gələcəyin təhsili: yeniliklərin tətbiqi və müasirlik”  mövzuda keçrilən təlimdə iştirak edib.

[gallery ID=16]

Respublikanın müxtəlif təhsil müəssisələrində çalışan müəllimlərin,  o cümlədən  ADPU-nun, Təhsil İnstitutunun, Odlar Yurdu Universitetinin əməkdaşlarının və təhsil ekspertlərinin iştirak etdikləri tədbirdə Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu, Odlar Yurdu Universitinin rektoru, professor  Əhməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik  Fondunun icraçı direktoru, dosent Oktay Səmədov, ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Dubayın Wollongong Universitetinin rektoru, professor Mohammed Salem, Qazaxıstanın Əhməd Yasəvi Universitetinin professoru Aktolkin  çıxış ediblər. Qeyd edək ki, təlimdə San-Dieqo Universitetinin  professoru Pietera Franser, İT mütəxəssisi Onur Unsalan, ekspert, yazıçı –jurnalist Serkan Erkmen, professor Şahlar Əsgərov çıxış ediblər.  4 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin  maraqlı çıxışları olub. Təlimdə  fəal iştirakına görə Zülfiyyə Vəliyeva sertifikata layiq görülüb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi