шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun əməkdaşları ADA Universitetində keçirilən elmi seminarda iştirak ediblər

Oktyabrın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov,  Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov ADA Universitetində "Tələbələrin öyrənmə keyfiyyətinin artırılması" mövzusunda keçirilən  elmi seminarda iştirak ediblər.

Seminarı ADA Universitetinin rektoru, professor Hafiz Paşayev açaraq Azərbaycan ali məktəblərində təlim keyfiyyətinin yüksəldilməsi istiqamətlərindən danışıb. Prorektor Vəfa Kazımlı ADA Universitetində tələbələrin öyrənmə keyfiyyətinin yüksəldilməsi sahəsində qazandıqları təcrübə ilə seminar iştirakçılarını tanış edib.

Azərbaycan Respublikası Təhsil İnstitutunun doktorantı Ülviyyə Mikayılovanın  moderatorluğu ilə keçən elmi seminarda ali məktəblərin müvafiq fakültələrinin dekanları və şöbə müdirləri iştirak ediblər. Seminarda tələbələrin öyrənmə keyfiyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi