шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun əməkdaşları beynəlxalq konqresdə iştirak ediblər

 “International Learning, Teaching and Educational Research” (ILTER) Beynəlxalq Konqres  Türkiyənin Amasya Universitetində gerçəkləşib. Konqresdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bir neçə əməkdaşı ilə yanaşı,  İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasının  müdiri, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Gülşən Novruzova və həmin kafedranın müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gunel Məmmədova iştirakçı olmuş, təqdimat etmiş və sertifikata layiq görülmüşlər. Beynəlxalq Konqresin acılışında Azərbaycan musiqisi səsləndirilmiş və sevgi ilə qarşılanmışdir.Pedaqoji sahədə müasir yanaşmalara dair aparılmış tədqiqatların nəticələri və onların həlli istiqamətində görüləcək işlərə istinadən təqdimatlar yüksək marağa səbəb olmuş və Kongres iştirakçıları tərəfindən təhsil verdikləri universitetlərdə də bu tədqiqatı aparacaqlarına dair fikirlər bildirilmişdir.

[gallery ID=7] 

Amasya şəhərinin mərkəzində yerləşən “Xocalı Şəhidləri Anıtı” Konqresin azərbaycanlı iştirakçıları tərəfindən ziyarət edilmişdir. Amasya Universitetinin rektoru, professor Metin Orbay ADPU  ilə əlaqələri genişləndirmək istəyini bildirmişdir. ADPU-nun  əməkdaşları  dünya ölkələrinin universitetlərinin professor-müəllim heyətinin birgə elmi  mübadilələr apardıqları Konqresdə iştirakçı olmaqdan  məmnun qalmışlar.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi