шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun əməkdaşları konfransda iştirak ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı Şəhla Əliyeva və fakültənin müəllimi Xalidə Həmidova İşçi qrupun üzvləri kimi “Azərbaycanda Milli Kvalifikasiya Çərcivəsinin İcrasına Dəstək” layihəsi çərçivəsində keçirilən konfransda iştirak ediblər.

Konfransı giriş sözü ilə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva açıb və iştirakçılara uğurlar arzulayıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Əmək bazarının inkişafında təhsil, peşə standartlarının hazırlanması və bacarıqların artırılması üzrə təşəbbüslər” mövzusunda çıxış edib. Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskasın çıxışı Azərbaycanda təhsil və təlimə Aİ tərəfindən göstərilən dəstəyə ümumi baxış haqqında olub. Çıxışında bildirib ki, təhsilə qoyulan kapital ən böyük töhfədir. TEMPUS, Erasmus Plus proqramları çərçivəsində 31 kiçik proqram işlənilib. Bunlardan Azərbaycana dəstək proqramlarının- peşə təhsilnə dəstək, ali təhsilə dəstək, resurslara dəstək, inklüziv təhsilə dəstək və başqa proqramların adları sadalanıb. Biznes Forumunda 380 Avropa şirkətinin iştirak etməsindən danışıb.

Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndəsi Fuad Hümbətov iş dünyasının təhsil sistemindən gözləntilərini açıqlayıb.

Layihənin rəhbəri Trevor Kuk layihəyə ümumi nəzər salıb, Azərbaycanda layihəyə olan münasibəti açıqlayıb, MKÇ-nin hansı səbəbdən yarandığından danışıb.

Sonda konfrans nümayəndələri çıxış ediblər, ekspertlər sualları cavablandırıblar.

Qeyd edək ki, İşçi qrupun üzvləri kimi ADPU-nun təklifləri aşağıdakılardır:   

1. Ömürboyu təhsilə giriş imkanları daha da təkmilləşməli və sadələşdirilməlidir.

2. MKÇ-də yaradılmış işçi qrupların tərkibinə yerli mütəxəssislərin cəlbinə nail olmaq və təkliflərlə çıxış etmək.

3. Tələbələr arasında sorğular apararaq, əmək bazarının tələblərinə uyğun qısamüddətli təlim kursları təşkil etmək və bu kurslara tələbələri cəlb etmək.

4. İşəgötürənlərlə müqavilələr bağlayaraq, universitetə cəlb etmək. Onların təkliflərini proqramları hazırlayarkən nəzərə almaq.

5. ADPU-nun profilinə uyğun sahibkarlar arasında sorğular aparmaq, tələb və təklifləri nəzərə almaq.

6. Sahibkarlarla müqavilə bağlayaraq, onların iş yerlərində tələbələrimizin könüllülük yolu ilə müəssisələrdə təhsil aldıqları müddətdə təcrübə keçmələrini təmin etmək və əmək bazarına tam təcrübəli mütəxəssislər vermək.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi