шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun əməkdaşları VI Beynəlxalq Humanitar Forum çərçivəsində keçirilən “Ekstremizm və islamofobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti" adlı paneldə iştirak ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusuna həsr olunan  VI Beynəlxalq Humanitar Forum çərçivəsində keçirilən “Ekstremizm və islamofobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti"  adlı paneldə iştirak ediblər.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl Tuveyskinin  iştirakçılara ünvanladığı   təbrik məktubu ilə açılan  tədbir Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının akt zalında 2  gün davam edib. Tədbir Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru  Asif Usubəliyevin və ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmovun moderatorluğu ilə keçib.

Milli Məclisin deputatı Pərvin Kərimzadənin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Aparatının rəhbəri,  hüquq elmləri doktoru İsaxan Vəliyevin, AMEA-nın, ayrı-ayrı universitetlərin, Mədəniyyətşünaslıq üzrə Elmi Mərkəzin, Gədəbəy, Biləsuvar, Xaçmaz regional mədəniyyət idarələrinin əməkdaşlarının iştirak etdikləri paneldə multikulturalizmə, tolerantlığa, islam mədəniyyətinin spesifik xüsusiyyətlərinə, sülhə və harmoniyaya çağırışın konseptual məsələlərinə, milli mədəniyyətin formalaşmasına, etnik mədəni müxtəlifliklərin tənzimlənməsinə, ekstremizm və islamafobiyanın yaranma səbəblərinə, vasitəçilik və dialoq mədəniyyətinin yaranmasına dair  23 məruzə dinlənib, fikir mübadiləsi aparılıb.

Paneldə professor Fərrux Rüstəmov “Azərbaycanda ziyalılığın inkişafında mədəniyyətin rolu”, professor Ramiz Əliyev “Mədəniyyətin sosiologiyası: millilik, geopolitika, qloballaşma” mövzusunda  çıxış ediblər.

Sonda Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin son illər multikulturalizm, tolerantlıq və islam mədəniyyətinin təbliği ilə bağlı  reallaşdırdığı layihələrlə bağlı təqdimat olub, iştirakçılara İSESKO-nun sertifikatları təqdim edilib. Tədbiri Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev yekunlaşdırıb.

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi