шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun dosenti Həcər Hüseynova XIII Uluslararası Böyük Türk dili Qurultayında iştirak edib

Polşa Respublikasının paytaxtı Varşava şəhərində XIII Uluslararası Böyük Türk dili Qurultayı keçirilib. Qeyd edək ki, Türkoloji Qurultay Türk dillərinin tarixi inkişafına, dünya dilləri arasında türk dillərinin nüfuzunun artırılmasına nail olmaq məqsədilə müntəzəm olaraq, hər il bir Avropa ölkəsində keçirilir.

 [gallery ID=2]

Müxtəlif türkdilli ölkələrin nümayəndələri bu möhtəşəm tədbirdə iştirak ediblər. Azərbaycandan seçilən on nəfərlik nümayəndə heyətində Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) Filologiya fakültəsinin dosenti, filologiya üzrə elmlər doktoru Həcər Hüseynova təmsil edib. 3 gün davam edən qurultayda dosent H.Hüseynova “Türk dillerinde kvantitativliyin ifade araçlarının tarihsel gelişimi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə qurultay iştirakçılarının marağına səbəb olub, mövzu ilə bağlı verilən suallar ətraflı cavablandırılıb.

Qurultayın sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Asudə vaxtlarında qurultay iştirakçıları Varşavanın qədim məkanlarını, tarixi yerlərini gəzib, şəhərlə tanış olublar.

Qurultayda iştirak edən Azərbaycan nümayəndələrini ölkəmizin Polşadakı fövqəladə və səlahiyyətli səfiri, professor Həsən Həsənov qəbul edib. Birlikdə keçirilən tədbir zamanı Polşanın azadlığı uğrunda mübarizədə fəal iştirak etmiş azərbaycanlı generalların-Vəli bəy Yedigarovun və Maciej Sulkeviçin ( Məcid bəy Süleymanov) məzarları üzərinə gül dəstələri qoyulub, onların xatirələri bir dəqiqəlik sükutla yad edilib.

 Tədbir zamanı professor H.Həsənov  qurultay iştirakçıları ilə xatirə şəkilləri çəkdirib. Dosent H.Hüseynovaya Azərbaycan-Polşa əlaqələrinin möhkəmlən-dirilməsində xidmətlərinə görə “Xatirə medalı”nı təqdim edib. Görüş zamanı H.Hüseynova bu il 110 illik yubileyi qeyd edilən böyük yazıçı, professor Mir Cəlal Paşayevin yaradıcılığının tədqiqinə həsr etdiyi “Mir Cəlalın aforizmləri” (Azərbaycan, rus və ingilis dillərində) kitabını səfirə təqdim edib.

                                                             İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi