шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun dosenti Qalib Şərifovun təqdimatı beynəlxalq konfransda yüksək qiymətləndirilib

Azərbaycan Dövlət Pedaqoji  Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsinin dosenti  Qalib Şərifovun oktyabrın 11-13-də Türkiyənin Kars şəhərində Kafkaz Univesitetində keçirilən "Curriculum Studies in Secondary Education" adlı VI Beynəlxalq konfransın plenar hissəsində "A comparision of school-based assessment systems for physics lesson in grades 10-11 of Azerbaijan and Cambridge İnternational Schools" adlı ingilis dilində təqdimatı yüksək səviyyədə keçib. 

Bununla bağlı tədbirdə iştirak edən Çikaqonun Louis Universitetinin Beynəlxalq Təhsil İnstitunun direktoru, professor Todd Alan Price, Türkiyənin Ankara şəhərində yerləşən Çukurova Universitetinin Təhsil fakültəsinin dekanı, professor Ahmet Doğanay və Türkiyə Təhsil Nazirliyinin şöbə müdiri Toper Akbaba və digər nüfuzlu tədbir iştirakçılar tərəfindən ADPU-da verilən təhsil və bu universitetdə mövcud olan elmi potensial yüksək qiymətləndirilib. Dosent Qalib Şərifov sertifikatla təltif edilib. Onun məqaləsinin Tomson junrnallarında çap edilməsi tövsiyə olunub. Bu əlamətdar hadisə bizi bir daha əmin edib ki, ADPU-nun əzmkar müəllim heyətinin başda rekror, professor Cəfər Cəfərov olmaqla çox gərgin əməyinin sayəsində ölkəmizdə şərəfli, ləyaqətli, bilikli, vətənpərvər, peşəsini sevən və hörmət edən müəllimlər ordusu yetişdirilir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi