шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun nəzdində ADPK-yə I yerin mükafatı təqdim edilib

Oktyabrın 29-da “Məktəbgushəsi.az” internet portalının virtual sorğu vasitəsilə keçirdiyi “Hansı kolleclərin fəaliyyətini cəmiyyət üçün yararlı hesab edirsiniz?” nominasiyalı sorğuda I yeri tutan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK)  mükafatlandırılma mərasimi keçirilib.  

[gallery ID=22]

Tədbirdə tanınmış təhsil ekspertləri, professor Şahlar Əsgərov, Nadir İsrafilov, “Məktəbgushəsi.az” internet portalının təsisçisi və baş redaktoru Məzahir Məmmədli, portalın baş redaktor müavini Nəzirməmməd Zöhrablı, kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru  Qulu Novruzov bütün heyəti bu böyük uğur münasibətilə təbrik edib. Bildirib ki, sorğuya qatılmaq onlar üçün bir sınaq,  imtahan xarakteri daşıyıb. “Biz sorğunun keçirildiyi ilk günlərdə iştirakçılıqda o qədər də mütəşəkkil olmamışıq. Hətta sorğunun keçirilməsindən başqalarından gec xəbər tutmuşuq. Amma bu sorğu bizim, özəlliklə də bir direktor kimi mənim əlimdə bir fürsətə çevrildi. Belə ki, mən əsl münasibətin qiymətləndirilməsini istədim. Həm kollektivimizin, həm tələbələrimizin, məzunlarımızın və onların valideynlərinin, ümumən Azərbaycan vətəndaşlarının bizə verəcəyi səslər, mənim üçün apardığımız islahatlara necə dəyər verilməsini ortaya çıxarmaq üçün adekvat münasibət əvəzsiz bir vasitə idi”. Q.Novruzov vurğulayıb ki, ölkə rəhbərliyinin təhsil sahəsində apardığı ardıcıl, məqsədyönlü siyasət ADPK-də uğurla həyata keçirilir.

Sonra çıxış edən “Mektebgushesi.az” saytının təsisçisi və baş redaktoru Məzahir Məmmədli portalın indiyədək keçirdiyi sorğular arasında məhz “Hansı kolleclərin fəaliyyəti cəmiyyətimiz üçün yararlıdır?” nominasiyasının keçirilməsi zamanı bir çox gərginliklərin yaşanmasından söz açdı: “Biz həmişəki kimi, sorğuda iştirak edən bütün iştirakçı kollecləri məlumatlandırıb sorğumuza başladıq”. M.Məmmədli həmçinin sorğuda bütün müdaxilələrə baxmayaraq, cəmi 8526 nəfər respondentin iştirak etdiyini, onlardan 4413 iştirakçının (53 %) ADPU-nun nəzdində ADPK-yə səs verdiyini söyləyərək kollektivi bu sanballı uğur münasibətilə təbrik edib.

Təhsil eksperti, professor Şahlar Əsgərov kollecin kollektivini təbrik etdikdən sonra,  Azərbaycan təhsilinin inkişaf perspektvlərindən danışıb.

Təhsil eksperti Nadir İsrafilov  öz çıxışında təhsildə dövlətin hazırkı siyasətinin konturlarını ön plana çəkərək müvafiq normativ aktların yaratdığı imkanlardan danışıb. Qeyd edib ki, hazırda qəbul edilmiş çoxpilləli təhsilin ilkin pilləsi kolleclərdir. İndi kollecləri yüksək qiymətlərlə başa vuranların ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu da müzakirə mövzusudur və bütün tələbələr bundan faydalana bilərlər. Sonra o, 100 ilə yaxın iş təcrübəsi olan kolleci bu naliyyət münasibətilə təbrik edib.

Kollecin kollektivini təbrik edən “Mektebgushesi.az” internet portalının baş redaktor müavini, sorğunun gedişinə bilavasitə nəzarət etmiş Nəzirməmməd Zöhrablı sorğunun məqsədindən danışaraq, kollektivi təbrik edib və onlara yeni uğurlar arzulayıb.

Tədbirin sonunda Şahlar Əsgərov kollecin direktoru Qulu Novruzova I yerin qalibiyyətini şərtləndirən diplomu təqdim edib.

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi