шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Şəki Filialında Azərbaycan Ədliyyə orqanlarının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir

Oktyabrıb 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında Azərbaycan Ədliyyəsinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şəki Regional Ədliyyə İdarəsinin rəisi Rəhman Məmmədov, Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Şəki Penitensiar Müəssisəsinin rəisi vəzifəsini icra edən Fərhad Hüseynov, Şəki Rayon üzrə İcra və Probasiya şöbəsinin rəisi Məzahir Məmmədov, digər ədliyyə qurumlarının nümayəndələri, filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

[gallery ID=13]

Tədbiri giriş sözü ilə açan ADPU-nun Şəki Filialının direktoru, dosent Rafiq Rasulov görüş iştirakçılarını salamlayıb, Azərbaycan dövlətçiliyi tarixində ədliyyə orqanlarının yeri və inkişaf yolu haqqında məlumat verib.

Şəki Regional Ədliyyə İdarəsinin rəisi Rəhman Məmmədov, Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Regional idarənin böyük məsləhətçisi Siracəddin Rüstəmov, məsləhətçi Maarif Mahmudov Azərbaycan Ədliyyə orqanlarının keçdiyi tarixi inkişaf yolu, onun fəaliyyət istiqamətləri, milli müstəqillik dövründə ədliyyə orqanlarının yaradılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri, Prezident İlham Əliyevin Ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatlar haqqında məruzələrlə çıxış ediblər.  

Tədbirin sonunda Şəki Regional Ədliyyə İdarəsinin aparıcı məsləhətçisi Zaur Xəlilov  “Azərbaycan Ədliyyə sistemində elektron xidmətlər” mövzusunda təqdimatı nümayiş etdirib. İştirakçıların dərin marağına səbəb olan  tədbirdə filialın elmi işlər üzrə direktor müavini Nuralı Çələbiyev, Həmkarlar Təşkilatının sədri Tahir Məhərrəmov çıxış edərək qonaqlara öz təşəkkürünü bildirərək, tədbirin əhəmiyyətindən bəhs ediblər. Tədbir Ədliyyə orqanları  əməkdaşlarına tələbələr tərəfindən ünvanlanan  sualların cavablandırılması ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi