шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun Şəki Filialında dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə konfrans keçirilib

Oktyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş “Dövlət müstəqilliyimizin bərpası ən yeni tariximizin zəfər salnaməsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov, elmi işlər üzrə direktor müavini, dosent Nurəli Çələbiyev, tərbiyə işləri üzrə təşkilatçı Xuraman Həmidova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Konfransı filialın direktoru, dosent Rafiq Rasulov açaraq dövlətimizin müstəqillik illərində qazandığı uğurlar barədə konfrans iştirakçılarına məlumat verib. Sonra filialın Humanitar fənlər kafedrasını müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışovun “18 oktyabr ən yeni tariximizdə ali məqamdır” mövzusunda məruzəsi dinlənilib.

Konfransda Humanitar fənlər kafedrasının baş müəllimi T.Məhərrəmov  “Dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı dövlətçilik tariximizin mühüm hadisəsi kimi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Lalə Əyyubzadə “Milli müstəqillik illərində təhsildə inkişaf tendensiyaları”, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Aytac Əhmədova Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində”  mövzularında çıxışlar ediblər.

Sonda filialın direktoru, dosent R.Rasulov yekun  sözü ilə çıxış edərək bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi xalqımızın böyük tarixi nailiyyəti və ən dəyərli mənəvi sərvətidir. Onu göz-bəbəyi kimi qorumaq, dövlətçilik ruhunu yaşatmaq, sonrakı nəsillərə ötürmək hər bir vətəndaşın müqəddəs amalı və borcu olmalıdır

  İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi