шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı

Oktyabrın 19-da Biləsuvar rayon Gənclər Evində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib. Zona toplantısında Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahir Quliyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, zonaya daxil olan rayon, şəhər gənclər və idman idarələrinin rəisləri, Lənkəran-Astara iqtisadi rayonuna daxil olan rayonların gəncləri, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialının Tələbə Elmi Cəmiyyətinin, Tələbə Gənclər Təşkilatının sədrləri və fəal tələbələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra gənclərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirdə Biləsuvar RİH-in başçısı Mahir Quliyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva və Milli Məclisin deputatı Xanhüseyn Kazımlı çıxış ediblər. Zona toplantısında müvafiq dövlət qurumlarının ekspertlərinin iştirakı ilə müzakirələr aparılıb.

oplantıda “Azərbaycan təhsilinin inkişafı”, “Gənclər arasında dini radikalizmin profilaktikası və təhlükəsiz mühit”, “Dövlətin məşğulluq siyasəti və gənclərin sosial rifahı”, “Ətraf mühitin qorunması-gənclərin iştirakı və məsuliyyəti” mövzusunda müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb. Müzakirələrdə ADPU-nun Cəlilabad Filialının tələbələri fəal iştirak ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi