шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Kimya və biologiya fakültəsinin “Həkim saatı”

Oktyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Həkim saatı” keçirilib. Tədbirdə fakültənin dekanı, dosent Elnarə Mehbalıyeva, dekan müavini, biologiya üzrə fəlsəfə doktoru Elnarə Muradova, həkim-psixoterapevt Gülşən Rüstəmova, Biologiya və onun tədrisi metodikası kafedrasının müəllimi Zəminə Məlikova, müəllim və tələbələr iştirak ediblər.

[gallery ID=23]

“Həkim saatı”nda qoyulan “Özünəinamsızlıq” və “Sosial fobia” mövzusu ətrafında geniş diskussiya aparılıb. Gülşən Rüstəmova bu barədə geniş məlumat verib və tələbələrin suallarını cavablandırıb. “Həkim saatı” tələbələr və müəllimlər tərəfindən maraqla qarşılanıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi