шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində elmi seminar keçirilib

Oktyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində “Müasir dövrün ən geniş yayılmış nitq patologiyası–dizartriya” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, dekan müavini, dosent Allahyar İmanov, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Müseyib İlyasov, Korreksiyaedici təlim kafedrasının müdiri Nailə Hüseynova və  fakültənin  ixtisas kafedralarının əməkdaşları iştirak ediblər.

[gallery ID=14]

Korreksiyaedici təlim kafedrasının dosenti Səbinə Aslanova “Müasir dövrün ən geniş yayılmış nitq patologiyası–dizartriya”  mövzusunda çıxış edib.  

Seminarda dizartriya kimi ağır nitq qüsurunun müasir dövrdə geniş yayılması və diaqnostikasında müxtəlif çətinliklərin yaradılması haqqında təqdimat aparılıb. Eyni zamanda dizartriyanın formalarının böyüklərdə və uşaqlarda təsnifləşdirilməsi və digər patologiyalarla birgə özünü göstərməsi təqdim olunub. Dizartriyanın erkən diaqnostikasına xüsusi diqqət yetirilərək, onun erkən diaqnostikası zamanı bu nitq patologiyasının formasının müəyyən olunması həyata keçirilib.

Məruzəçi mövzu ətrafında fakültə əməkdaşlarının suallarını cavablandırıb və mövzu ətrafında  maraqlı müzakirələr aparılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi