шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 18 Oktyabr- Milli Müstəqillik Gününə həsr olunmuş tədbir

Oktyabrın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 18 Oktyabr-Milli Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası  kafedrasının müdiri, professor Müseyib İlyasov, fakültənin tyutorları, müəllimləri və tələbələri iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin himn tələbələrin ifasında işarət dili ilə nümayiş etdirilib. Milli Müstəqillik Günü ilə bağlı videoçarx təqdim edilib. Videoçarxda Milli Müstəqillik Günü haqqında məlumat verilib, ümummilli liderimiz Heydər Əliyevin çıxışı dinlənilib.

Sonda fakültənin tələbələri universitetin həyətində dövlət rəmzlərimiz olan aypara və səkkizguşəli ulduz şəklində flashmob edərək “Əsgər marşı”nı ifa ediblər.

Tədbirdə fakültənin fəal tələbələri olan Tələbə Gənclər Təşkilatının sədri Nurlan Hüseynov, idarə heyətinin üzvləri Fidan Şıxaliyeva, Gülüzar Əbilova, Şəlalə Zəkizadə, Aidə Əskərova, Kənan Nəsibov, Amin Orucov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Məsməxanım Qədimova, Püstəxanım Məmmədzadə, Zəhra Əzimova, Fəridə Səfirova, Nərmin Məlikova yaxından iştirak ediblər.   

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi