шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

Pedaqoji Universitetin professor-müəllim heyəti Karsda olub

Professor Mahirə Hüseynova: “Xalqın layiq olduğu dəyərlərlərlə yaşamaq istəyini içində boğmaq istəyən qüvvələr vardı” 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri,  professor Mahirə Hüseynova və kafedranın əməkdaşları professor Mirvari İsmayılova, dosent Könül Səmədova və dosent Yeganə Qəhrəmanova  Türkiyənin Kars şəhərinə səfər ediblər. Səfərdə məqsəd  Azərbaycanın Karsdakı Konsulluğunun Kars Kafkaz Universitesinin təşkilatçılığı ilə baş tutan “Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi və keçmişdən bu günə Azərbaycan” adlı tədbirə qatılmaq olub.

[gallery ID=19]

Azərbaycandan bir sıra kitablar və hədiyyələr aparan alimlər tədbirlərdən, keçirdikləri görüşlərdən razı qalıblar.

Professor Mahirə Hüseynova çıxışına  Azərbaycanın  Kars Baş Konsulluğuna təşəkkürlə başlayıb.

Onun sözlərinə görə, tədbirin  gənc olmasına baxmayaraq, artıq öz uğurları ilə öyünə biləcək, 20 mindən artıq tələbənin məbədinə çevrilmiş Kafkaz Universitesində keçirilməsini də təsadüf saymır: “Bu, həmin gənclərə təkcə insanların deyil, bütöv millətlərin layiqli həyat uğrunda yaşam mübarizəsini bir daha xatırlatmaq istəyindən xəbər verir. Əvvəlcədən onu deyək ki, bu il Azərbaycan Respublikasının həyatında yaddaqalan hadisələr, xalqımızın böyük ehtiram və coşqu ilə qeyd etdiyi yubileylər ili ilə yadda qalacaqdır. Bu il ölkənin taleyüklü hadisələrindən biri baş tutdu. Aprelin 11-də Azərbaycan Respublikasının vətəndaşları ölkədə keçirilən Prezident seçkisində ümumxalq səsverməsi yolu ilə ölkə Prezidentini seçdilər və nəticə olaraq növbəti illərə cənab İlham Əliyevin rəhbərliyi ilə getmək qərarını ifadə etdilər. 2018-ci il Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuşdur . Bu münasibətlə istər ölkəmizdə, istərsə də ondan kənarda böyük və rəngarəng tədbirlər keçirilmişdir və indi iştirakçısı olduğunuz olay da göstərir ki, bu, ilin sonunadək davam edəcəkdir. Əlbəttə, 100 il əvvəlki fakta həssaslıq və sevgi ilə yanaşmada sadə bir səbəb var: bu, xalqımızın yaşam fəlsəfəsinin hansı ali prinsiplərə gəlib çatdığının göstəricisi idi. İnsanlığın bütün mütərəqqi təmsilçiləri özünün tarixi boyu yaşam formaları və həmin formaları təmin edəcək vasitələrin axtarışında olub və nə qədər qəmli, kədərli olsa da, yada salmaq lazımdır ki, həmin axtarışları zamanı ən dəhşətli sınaqlardan belə keçib. O formalardan hələlik, böyük siyasətçilərdən biri demiş, ən kamil sayılanı demokratik dəyərlərin bərqərar olunduğu Cümhuriyyətdir. 1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası Azərbaycan xalqının iradəsini ifadə edərək məşhur tarixi sənədi- İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyətini elan etdi. Bu, Yaxın Şərqdə, müsəlman dünyasında ilk yaradılan demokratik respublika idi. Hər bir azərbaycanlı həmin tarixi anlarla qürur duyur və buna görədir ki, o qürur mənbəyini yaradan insanları- Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski və digər dəyərli vətən övladlarına minnətdarlıq, sevgi hissi ilə anır. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ərzində fəaliyyət göstərsə də, bu müddət ərzində böyük işlər görə bildi: Azərbaycanın dövlət bayrağı təsis edilmiş, Azərbaycan vətəndaşlığı elan olunmuş, Şərq qadınına ilk dəfə seçim hüququ verilmiş, milli ordumuz yaradılmış, ümumilikdə, qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Bəli, xalqın layiq olduğu dəyərlərlərlə yaşamaq istəyini içində boğmaq istəyən qüvvələr vardı və həmin qüvvələr yenicə elan olunmuş Cümhuriyyəti və xalqın Cümhuriyyət istəyini beşikdəcə boğmaq istəyirdilər. Belə bir məqamda Qafqaz İslam Ordusunun timsalında Türkiyə, özünün ölüm-qalım mücadiləsi apardığı məqamlarda belə, Azərbaycanı öz taleyi ilə təkbətək buraxmadı. Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələn ordu daşnak-bolşevik birləşmələri ilə qanlı savaşlardan sonra 1918-ci il sentyabrın 15-də Azərbaycanın paytaxtı olan Bakını silahlılardan təmizlədi”.

Bu ilin sentyabr ayında Bakıda bu hadisənin 100 illiyi ilə bağlı keçirilən böyük törəni xatırladan Mahirə Hüseynova xatırladıb ki, möhtəşəm hərbi paradda Azərbaycan və Türkiyə respublikalarının prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan birlikdə iştirak etdilər. Bütün sadalananlar faktdır və həmin faktları yaradan insanların övladları olduğuna görə hər birimizin haqqı var. Bu da tarixi faktdır ki,1920-ci ildə bolşevizmin qırmızı terroru Azərbaycanı işğal etdi və bu işğalın hökm sürdüyü 70 il müddətində tarixinin ən parlaq səhifəsini xalqın yaddaşından silmək üçün bütöv bir ideologiya, həmin ideologiyanın yaratdığı sistem fasiləsiz olaraq çalışdı. Həmin işğaldan 71 il sonra, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyə qovuşdu. Elan olunmuş Respublika özünü Cümhuriyyətin varisi elan etdi”.

Professor müstəqil Azərbaycan dövlətinin İlham Əliyevin liderliyi ilə artıq dünyada güclü ölkələrdən birinə çevrildiyini də deyib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi