шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

RESPUBLİKANIN ƏN YAXŞI KOLLECİ MÜƏYYƏN OLUNDU

      “Məktəbgushesi.az” portalı virtual sorğu vasitəsilə “Hansı kollecin fəaliyyətini cəmiyyət üçün yararlı hesab edirsiniz?” nominasiyalı sorğunu keçirməyi qərara aldı. Bu sorğunu təşkil etməkdə məqsəd modernləşən təhsil sistemimizin inkişafında həm taktiki, həm də strateji istiqamətləri ön plana çəkmək, yeniləşən dünyada təhsilin ayrı-ayrı pillələrinə, o cümlədən kolleclərə yeni prizmadan yanaşmaq idi.

    Bir ay müddətində keçirilmiş sorğuda ümumilikdə 8527 respondent iştirak etdi. Tanınmış təhsil ekspertlərinin də yaxından müşahidə etdiyi  sorğu qısa zaman ərzində səs verən respondentlər arasında ciddi rəqabətə çevrildi. Keçirilmiş sorğu nəticəsində I yeri 4414  səslə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci qazandı.

    Bu qələbə cəmiyyətdə hələ də müəllim peşəsinə xüsusi sevginin olması, qocaman təhsil müəssisəsində idarəetmənin düzgün qurulması, kollec kollektivinin, xüsusilə pedaqoji heyətin gərgin zəhmətinin bəhrəsi,  kollecə  sevgi və ümid bəsləyənlərin çox olması ilə bağlıdır.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi