шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

"Gənc istedadlar" şeir müsabiqəsinin final mərhələsi keçirilib

Oktyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) Filologiya fakültəsi üzrə təşkilatının və “Kitab klub”un birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən "Gənc istedadlar" şeir müsabiqəsinin final mərhələsi baş tutub. Müsabiqədə ADPU-nun, eləcə də Cəlilabad və Şamaxı filiallarının tələbələri iştirak ediblər. Tədbirdə həmçinin tanınmış şairlər Oqtay Rza, Zahid Xəlil, Təranə Turan Rəhimli, Elm və innovasiyalar şöbəsinin əməkdaşları Almarə Abbasova, Zenfira Seyidova, Ülviyyə Bayramlı da iştirak ediblər.

[gallery ID=20]

Tədbirdə ilk olaraq “Kitab klub”un prezidenti Təhminə Abbaszadə müsabiqə haqqında məlumat verib. Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxış edərək  öz dəyərli  fikirlərini tələbələrlə bölüşüb.

Müsabiqədə münsif qismində iştirak edən şairlər  Oqtay Rza, Zahid Xəlil və Təranə Turan Rəhimlinin ilk mərhələdə təqdim olunan 70-dən çox şeir arasında etdikləri seçim əsasında 20 daha uğurlu şeir finala vəsiqə qazanıb.

Müsabiqənin final mərhələsində seçilən 20 şeir müəllifi arasında  qalibləri müəyyən etmək üçün tələbələr münsiflər və tamaşaçı auditoriyasının önündə öz şeirlərini səsləndiriblər. Səsvermə 1-5 ballıq cədvəllə aparılıb. Münsiflər heyətinin apardığı səsvermənin nəticələrinə görə ilk yerə Tarix və coğrafiya fakültəsinin IV tədris ili tələbəsi Bilal Şükürlü, 2-ci yerə həmin fakültənin III tədris ili tələbəsi Taleh Mirzəyev, Filologiya fakültəsinin II tədris ili tələbəsi Orxan Həsənli isə 3-cü yerə layiq görülüblər. İlk yerin qalibi sertifikat, medal və Cəfər Cabbarlının seçilmiş əsərləri, 2-ci və 3-cü yerin qalibləri isə sertifikat və medalla təltif ediliblər. Daha 5 tələbə  isə fərqləndiyinə görə təltif edilib.

Sonda şairlər gənc yazarlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıblar, xatirə şəkli çəkdirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi