шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da “Aprel könüllüsü” sosial flaşmobunun yekunu ilə bağlı tədbir keçirilib

Aprelin 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü və təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərinə həsr olunan, sosial şəbəkələrdə həyata keçirilmiş “Aprel könüllüsü” sosial flaşmobunun yekunu ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Qarabağ döyüşlərində iştirak etmiş qadın döyüşçümüz Rüxsarə Cumayeva, “Lideraz.tv” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Xəqani Əliyev, yazıçı-publisist  Azər Hacıbəyli, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, Dövlət Təhlükəsizliyi Xidmətinin polkovniki Hamlet İsmayılov, yazıçı Kənan Hacı, jurnalist, şair Mübariz Süleymanlı, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun bacısı, “Qürur Şəhid”  İctimai Birliyinin sədri Naibə Behbudova, yazıçı-publisist Akif Cabbarlı, ADPU-nun  Ümumi tarix kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü, professor Vəli Əliyev, THİK-in sədri, dosent Vurğun Məmmədov  iştirak ediblər.

Tədbirdə çıxış edənlər  “Lideraz.tv” İnformasiya Agentliyinin və “Dövlət və qanun” qəzetinin birgə informasiya dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən “Vətən saatı” silsilə tədbirlərindən də söhbət açıblar. Tədbir tələbəmiz Gülbəniz Mehdiyevanın səsləndirdiyi “Qoy uşaqlar ağlamasın!” şeirlə yekunlaşıb.

 Qeyd edək ki, “Aprel könüllüsü” sosial flaşmobu ADPU-nun bu günə kimi sosial şəbəkələrdə keçirdiyi ən böyük flaşmobdur və sosial şəbəkələrdə həyata keçirilən ən böyük flaşmoblardan biridir. 2000-dən çox tələbə sosial şəbəkələrdə Aprel döyüşləri şəhidlərimizin şəkilləri və onlar haqqında məlumatı 14 gün ərzində  davamlı şəkildə paylaşaraq sözügedən flaşmobu həyata keçiriblər.

          Tədbirdə THİK-in sədri, dosent Vurğun Məmmədova  “Dövlət və qanun” qəzetinin fəxri diplomu təqdim edilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi