шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

“ADPU-da Milli Kino Festivalı” adlı tədbir

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin təşəbbüsü ilə “ADPU-da Milli Kino Festivalı” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vurğun Məmmədov,  Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, müəllim və tələbələr iştirak ediblər.  

[gallery ID=324]

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək tədbir iştirakçılarını Milli Kino Günü münasibətilə təbrik edib və tələbələrə öz tövsiyələrini verib.

Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova çıxışında tədbir iştirakçılarını Milli Kino Günü münasibətilə təbrik edib və bu tədbiri tələbələrin uğuru adlandırıb. Professor M.Hüseynova Filologiya fakültəsində hər ay tələbələrin yaradıcılıq gününün keçiriləcəyini və belə tədbirlərin davamlı olacağını vurğulayıb.

Tədbirdə Filologiya fakültəsinin tələbələrinin milli kinolarımızdan hazırladıqları səhnəciklər təqdim olunub və  tədbirin qonaqları Mirələm Mirələmov, Xəyal Hümbətov, Elgün Hüseynov milli kinolarımızda səslənən mahnıları ifa ediblər.

Tədbirin sonunda Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova hər kəsə təşəkkürünü bildirib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi