шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da “Sağlam nəslin formalaşmasında məktəb-ailə əməkdaşlığı” mövzusunda seminar keçirilib

Aprelin 6-da  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı və  “Sağlam təhsil-sağlam millət” layihəsi, SABAH qruplarının iştirakı ilə 7 Aprel- Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş “Sağlam nəslin formalaşmasında məktəb-ailə əməkdaşlığı” mövzusunda seminar keçirilib.

[gallery ID=313]

Seminarda giriş sözü ilə çıxış edən ADPU-nun SABAH qrupları mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Lalə Mürsəlbəyova valideyn və müəllimlərin davranışlarının uşaqlar üçün əhəmiyyətli və nümunəvi olması haqqında danışıb. Eyni zamanda uşaqlarla ünsiyyət, mütaliə edilməsi, onlara kitabların oxunmasının vacibliyini qeyd edib.

Bakı şəhəri Nərimanov rayonu 47 nömrəli tam orta məktəbin psixoloqu Günay Abbasova öz məruzəsində uşaqların ahəngdar psixi inkişafında mühitin rolundan, zehni gərginliyin və travmaların psixi inkişafa təsirindən danışıb.

“Sağlam təhsil-sağlam millət” layihəsinin Sosiologiya blokunun rəhbəri, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının müəllimi Nigar Şahhüseybəyova məruzəsində təhsilalanların sosiallaşmasının vacib olduğunu vurğulayıb, uğurlu sosiallaşmanın şərtlərindən, meyarlarından danışıb. Məktəblərdə apardığı sosial muxtariyyət, sosial fəallıq və məsuliyyət kimi mənəvi-əxlaqi keyfiyyətlərin ölçülməsinə aid tədqiqatlar haqqında məlumat verib.

“Sağlam təhsil-sağlam millət” layihəsinin koordinatoru Vüsal Qasımov təhsilalanların fərqli keyfiyyətlərə malik olduqlarını və bu səbəbdən müəllimlərin şagirdlərə fərdi yanaşmalarının vacibliyini vurğulayıb.

 “Sağlam təhsil-sağlam millət” layihəsinin Tibb-gigiyena blokunun rəhbəri, Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Şəhla Balayeva məktəblilərin icbari dispanserizasiyası, sağlamlıq problemləri (qamət, miopiya), onların profilaktikası haqqında ətraflı danışıb. Uşaqların sağlamlığına böyük təsir göstərən səmərəli qidalanma, geyim və məktəbli çantasının  düzgün seçimi haqqında məlumat verib.

Sonda məruzəçilər suallara cavab verərək auditoriyada mövzu ətrafında fikir mübadiləsi aparıblar.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi