шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da vətənpərvərliklə bağlı tədbir keçirilib

Aprelin 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Səbail Rayon İcra Hakimiyyətinin (RİH) və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin birgə təşkilaçılığı ilə 31Mart-Azərbaycanlıların Soyqırımı Günü, Kəlbəcər rayonunun işğalının 26-cı ildönümü və Aprel döyüşlərinin  3 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Səbail RİH-in məsul şəxsləri, Qarabağ müharibəsi iştirakçıları, hərbçilər, tanınmış və nüfuzlu ziyalılar, müəllim və tələbələr iştirak ediblər. Öncə iştirakçılar uşaq, yeniyetmə və gənclərin soyqırımı mövzusunda əl işlərindən ibarət sərgi ilə tanış olublar, sonra tədbir universitetin Böyük Akt zalında davam edib. Əvvəlcə şəhid soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

[gallery ID=297]

Tədbiri giriş sözü ilə açan “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, Qarabağ müharibəsi veteranı Şamil Sabiroğlu tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun və Səbail RİH-in rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, ermənilər 200 ildən çoxdur ki, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirirlər. Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi bu soyqırımı siyasətinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində torpaqlarımız erməni işğalından azad ediləcəkdir. Şanlı Aprel qələbəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini bir daha sübut etdi.

ADPU-nun Tarix və coğrafiya fakültəsinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov “Keçmişdən bu günə” mövzusunda məruzə ilə çıxış edib. Professor M. Əmrahovun maraqlı və məzmunlu məruzəsində tariximizin tam və hərtərəfli öyrənilməsi, həmçinin ulu öndər Heydər Əliyevin ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına verdiyi siyasi-hüquqi qiymət xüsusi vurğulanıb.

Tanınmış ziyalı, “Azərnəşr”in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun bacısı,  Bakı şəhərinin Nərimanov rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova, “Azərbaycan Bayrağı” ordenli Ülfət Kərimovun bacısı Xuraman xanım, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, Aprel döyüşlərinin  iştirakçısı Anar Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları  İttifaqının baş katibi Ramin Həbibzadə və başqaları çıxış edərək tədbirin keçirilməsini yüksək qiymətləndiriblər və tələbə-gənclərə milli ruhlu, vətənpərvər olmağı tövsiyə ediblər.

Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi