шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsi ilə bağlı görüş keçirildi

4 aprel 2019-cu il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Gələcəyin müəllimi”I Açıq  Musiqi Müsabiqəsinin Təşkilat Komitəsinin ADPU-da ilk toplantısı keçirildi.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova,ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, ADMİU-nun İnstrumental ifaçılıq kafedrasının müdiri, layihə rəhbəri, dosent Səbinə Mehdiyeva və digərlərinin iştirak etdiyi iclasda  19 aprel-3 may 2019-cu il tarixlərdə keçiriləcək “Gələcəyin müəllimi” I Açıq  Musiqi Müsabiqəsi layihəsi çərçivəsində müsabiqənin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar təşkilati məsələlər müzakirə edildi. Gənclərin yaradıcılıq potensialının,pedaqoji fəaliyyətinin inkişafına zəmin yaradan birgə layihələrin gələcəkdə də həyata keçirilməsi, universitetlərarası əlaqələrin daha da genişləndirilməsinə imkan yaratdığı qeyd edildi.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi