шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Ağcabədi Filialında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirildi

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirildi.

Tədbir səhər saatlarında filialın professor-müəllim heyəti və tələbələrinin Ağcabədi rayon ictimaiyyəti ilə birlikdə Şəhidlər xiyabanına ziyarəti ilə başlandı. Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin müqəddəs ruhuna dualar oxundu və məzarlara tər qərənfillər düzüldü.

Sonra tədbir filialın akt zalında davam etdirildi.“31 Mart Azərbaycanlıların soyqırımı faciəsi insanlıq tarixinə qara ləkədir” mövzusunda keçirilən tədbirdə filialın professor-müəllim heyəti və qabaqcıl tələbələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva çıxışının əvvəlində xalqımızın azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın unudulmaz xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan etdi.

Sonra çıxışına davam edən dossent M.Fərzəliyeva xalqımızın tarixən yaşamış olduğu faciələr sırasında 31 mart soyqırımını tükürpədici faktların çoxluğu etibarilə misli görünməmiş vandalizm adlandırdı. O vandalizm ki, erməni daşnaklarının terror siyasətinin əsasını təşkil edir.

Sonra məruzə dinlənildi.

“31 Mart Azərbaycanlıların soyqırımı faciəsi insanlıq tarixinə qara ləkədir” mövzusunda məruzə edən filialın İctimai, təbiət fənləri və onların tədrisi metodikası kafedrasının dosenti Məhəmməd Hüseynov zəngin faktlarla 1918-ci ilin 31 mart tarixində yaşanmış faciənin hərtərəfli mənzərəsini tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, 1918-ci il mart qırğınını tarixin yaddaşına insanlığın faciəsi kimi yazıldığını bəyan etdi. Təkcə Bakıda 12 minə yaxın soydaşımızın öldürüldüyünü qeyd edən məruzəçi, onlarla kəndlərin yandırılmasını, ev-eşiklərin talan edilməsi faktlarını tarixin qaranlıq səhifələrinə işıq salan sənədlərin dili ilə söylədi.

Məruzədə qeyd olundu ki, ermənilərlə müsəlmanlar arasında baş verən konfliktlərin səbəbləri araşdırılarkən fitnəkarlıq və qırğınların əsas günahkarlarının həmişə ermənilər olduğu sübuta yetirilmişdir. Uzun müddət 31 mart soyqırımı hadisəsinin xalqdan gizlədilməsindən danışan dosent Məhəmməd Hüseynov, nəhayət, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsindən sonra tarixin qaranlıq səhifəsinə aydınlıq gətirməsindən danışdı. Qeyd etdi ki, 1998-ci il martın 26-da Ulu Öndərimiz tərəfindən imzalanan Fərmanla 31 mart Azərbaycanlıların soyqırımı günü olması özünün hüquqi-siyasi qiymətini qazandı. Bu fakt ümummilli liderimiz Heydər Əliyevin vətənpərvərliyi və xaqına sədaqətinin sübutu kimi dəyərləndirilməlidir.

 Sonra məruzə ətrafında çıxış üçün söz filialın İctimai, təbiət fənləri və onların tədrisi metodikası kafedrasının baş müəllimi Araz Əliyevə verildi. O, son dövr Azərbaycan tarixinin tədqiqatçılarından olan professor Anar İsgəndərlinin 31 Mart soyqırımı hadisəsilə bağlı araşdırmalarından danışdı. Qeyd etdi ki, əldə olan faktlara əsasən deyə bilərik ki,  soyqırımının coğrafiyası geniş bir  ərazini əhatə etmiş və nəticədə 100 minə yaxın soydaşımız erməni terrorunun qurbanına çevrilmişdir.

Tədbir dövlətimizin və dövlətçiliyimizin başında duran siyasi lider, Ali Baş Komandanımız cənab İlham Əliyev siyasi kursuna sədaqət və düşmənə nifrətlə silahlanmış xalqımızın gələcək qələbəsinə inam motivlərilə yekunlaşdı.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi